İranın paytaxtı Tehranda idman kompleksində qaz partlayıb, üç fəhlə həlak olub. Məlumatı İranın dövlət televiziyası yayıb.
Partlayışın avqustun 7-də gecə, təmir zamanı qaz sızması nəticəsində baş verdiyi bildirilir. Bu ölkədə təhlükəsizlik qaydalarına da yaxşı əməl olunmur.
İyulda Tehranda iki ayrı-ayrı insidentdə zəhərli qaz sızmasından beş nəfər həlak olmuşdu.