Accessibility links

Tehranda İraq-İran konfransı keçirilib


Tehranda İraq-İran konfransı keçirilib
Tehranda İraq-İran konfransı keçirilib

İran qonşu İraqla daha sıx mədəni və iqtisadi əməkdaşlığa çağırır. İranın dövlət mediası parlament spikeri Əli Laricaniyə istinadən bildirir ki, İran İraqla yeni münasibətlərin yol xəritəsinin yaradılmasını istəyir. Spiker hər iki ölkənin islam sivilizasiysının inkişafına xidmət edə biləcəyini deyib. Əli Laricani bunları Tehranda keçirilən İraq-İran konfransı zamanı söyləyib.

1980-ci illərin müharibəsinə baxmayaraq, 2003-cü ildə ABŞ-ın başçılığı ilə Səddam Hüseynin hakimiyyətdən devrilməsindən sonra ölkələr arasında əlaqələr yaxınlaşıb.

İraqın silahlı qüvvələrinin baş komandanı İranın da üzv olacağı regional təhlükəsizlik təşkilatının təsisinə çağırıb.

XS
SM
MD
LG