Accessibility links

İranda nümayişlərlə polis arasında toqquşma olub onlarla adam həbs edilib (video)


İranda nümayişlərlə polis arasında toqquşma olub onlarla adam həbs edilib (video)
İranda nümayişlərlə polis arasında toqquşma olub onlarla adam həbs edilib (video)

İslahatçı liderlərin bildirdiklərinə görə, onlar Misir və Tunis xalqın avtoritar liderlərə qarşı həyata keçirdikləri xalq hərəkatları ilə həmrəylik üçün iranlıları nümayişə çağırıblar. İran rəsmiləri isə nümayiş çağırışlarını hökumət əleyhinə yeni iğtişaşlar və yaşıl hərəkatı canlandırmaq üçün manevr adlandırmışlar.

Bu gün İranda təhlükəsizlik qüvvələri Tunis və Misirdəki xalq hərəkatları ilə həmrəylik məqsədi ilə minlərlə adamın iştirak etdiyi nümayişləri dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib. Əhali rəsmi idarələrin xəbərdarlıqlarına baxmayaraq bu gün polisin çox sıxı nəzarəti altındakı küçələrdə toplaşaraq nümayişlər keçirə biliblər. Polislə nümayişçilər arasında toqquşmalar başverib. Reuters Xəbər Agentliyinin bildirdiyinə görə İsfahanda da nümayişçilərlə polis arasında toqquşma olduğu bildirilir.

Yarı rəsmi Fars xəbər agentliyi isə Tehrandakı nümayiş zamanı hadisələrə kənardan baxan bir şəxsin nümayişçilər tərəfindən ateşli silahla öldürüldüyünü irəli dürüb.

Bu arada Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar "bu gün İranın küçələrindəki əhalinin arzularını açıq-aydın və birbaşa" dəsdəkləyir. xanım Clinton İran hökumətini Misiri özünə nümunə götürərək siyasi sistemdə "açıqlıq"a çağırıb. Xanım Klinton ABŞ-ın zorakılığa qarşı olduğunu təkidlə, insan hüquqları və demokratik siyasi dəyişik çağırışını təkrar edib.

Müxalifət liderlərindən Mir Hüseyn Musəvinin Kaleme adlı veb saytında yazılıb ki, Tehranda onlarla nümayişçi təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. İran rəsmiləri isə həbslərin olmasını təstiq etməyiblər. Tehranın meydanlarında toplaşa bilən qruplar “dikdatora ölüm” şüarları bağırmışlar ki, 2009-cu il prezident seçkilərindən sonra keçirilən nümayişlərdə də Mahmud Əhmədinejada qarşı belə şüarlardan istifadə edilirdi.

İslahatçı liderlərin bildirdiklərinə görə, onlar Misir və Tunis xalqının avtoritar liderlərə qarşı həyata keçirdikləri xalq hərəkatları ilə həmrəylik üçün iranlıları nümayişə çağırıblar.İran rəsmiləri isə nümayiş çağırışlarını hökumət əleyhinə yeni iğtişaşlar və yaşıl hərəkatı canlandırmaq üçün manevr adlandırmışlar.

Bu arada Tehranın küçələrinə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə əlavə olaraq müxalifət liderlərindən birinin evinə gediş-gəliş polis tərəfindən dayandırılıb. Musəvinin veb saytında yazılıb ki, polis onun evinin yaxınlığında bir neçə maşın yerləşdirib və xanımı ilə onun nümayişdə iştirakının qarşısını alıb. Xəbərdə onun ev telefounun kəsildiyi, mobil telefonunun da bağlandığı bildirilib.Digər müxalifət lideri Mehdi Kərrubi də bir neçə gündür ki, ev həbsindədir. Musəvinin veb saytı Kalemə İran hökumətinin gördüyü tədbirləri “zəiflik və qorxunun” işarəsi adlandırıb.

XS
SM
MD
LG