Accessibility links

ABŞ səfirliyi Fulbrayt Tələbə Proqramı üzrə müsabiqə elan edib


Fulbrayt Tələbə Proqramı

ABŞ-ın Azərbaycandakı səfirliyi Fulbrayt Tələbə Proqramı üzrə 2018-2019 tədris ili üçün müsabiqə elan edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, ABŞ Dövlət Departamenti tərəfindən tam maliyyələşdirilən Fulbrayt Tələbə Proqramı azərbaycanlı gənclərin ABŞ universitetlərində magistr təhsili almaq üçün təqaüd proqramıdır.

Bütün ərizələr 5 iyun, 2017-cı il tarixindən gec olmayaraq təqdim edilməlidir.

Proqramda iştirak üçün uyğunluq tələbləri və qaydalar haqqında daha ətraflı məlumat üçün səfirliyin veb səhifəsinə daxil olun:
https://azerbaijan.usembassy.gov/edu2/fulbright-student.html

Səfirlik bildirir ki, aprelin 29-də saat 11.00-da Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzində (R. Behbudov küç. 134), ABŞ-ın Azərbaycandakı səfirliyi potensial namizədlər üçün ərizə forması və esselərlə bağlı sualları cavablandırmaq məqsədilə Fulbrayt Proqramı haqqında Məlumat Sessiyası təşkil edəcək.

XS
SM
MD
LG