Accessibility links

36381 nəfər tələbə adını qazanıb


Bu il Azərbaycan ali məktəblərinə qəbul imtahanlarında iştirak edən 42 804 abituriyentdən 36381 nəfəri ali məktəblərə qəbul olunub. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında deyilir.

11728 abituriyent dövlət sifarişi əsasında, 24653 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İmtahanları uğurla verən abituriyentlər avqustun 15-dən 25-dək sənədlərini ali məktəblərə təqdim etməlidirlər.

DİM həmçinin bildirir ki, avqustun 15-19-da boş qalan yerlərə əlavə ixtisas seçimi haqqında məlumat verəcək.

XS
SM
MD
LG