ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin “Azərbaycan Biznes Müsabiqəsi” adlı layihəsi İtaliyanın Kaliari şəhərində keçirilən 11-ci ENAM konfransında ən uğurlu nümunəvi proqramlardan biri seçilib.
ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində bildirir ki, aprelin 13-14-də Amerika Məzunlarının Avropa Şəbəkəsi, İtaliya Məzunlar Birliyi ilə birgə müxtəlif Avropa Məzunlar Birliklərinin nümayəndələrini təlim düşərgəsində bir araya toplayıb. Üzv təşkilatlarının rəhbərləri iki günlük interaktiv seminar zamanı öz biliklərini və ən yaxşı təcrübələrini paylaşıb.