Accessibility links

FLEX Seçim Komitəsinin İdarə Heyətini təmsil edən qrup Azərbaycana gəlib


FLEX Seçim Komitəsinin İdarə Heyətini təmsil edən qrup Azərbaycana gəlib
FLEX Seçim Komitəsinin İdarə Heyətini təmsil edən qrup Azərbaycana gəlib

FLEX Seçim Komitəsinin İdarə Heyətini təmsil edən amerikalılardan ibarət qrup seçim prosesinin bir hissəsi olaraq Azərbaycana səfər edib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəaisndə məlumat yayıb.

Azərbaycanda FLEX Proqramına şagirdlərin seçim turları payız aylarında baş verir.

Bu proqramla 1993-cü ildən etibarən ABŞ-a təxminən 1000 nəfər orta məktəb şagirdi göndərilib.

Sovet İttifaqı respublikaları ilə gənclər mübadiləsi proqramları 80-ci illərdə həyata keçirilməyə başlanıb. FLEX proqramı yuxarı sinif şagirdləri üçün ilk uzunmüddətli geniş proqramdır. Bu proqram keçmiş Sovet İttifaqı ölkələrinin xalqlarına Amerika xalqının dostluq əlini uzatmaq məqsədi ilə ABŞ Konqresi tərəfindən təsdiq edilmiş və yuxarı sinif şagirdləri üçün ABŞ-da bir il yaşamaqla ilk geniş miqyaslı mübadilə proqramı kimi yaradılıb.

Mövcud olduğu 24 il ərzində FLEX proqramı 24.000 nəfərdən artıq yuxarı sinif şagirdlərinə təqaüd təqdim edib. Təqaüd əldə edən hər bir şagird bir il müddətində ABŞ-da ailədə yaşayacaq və orta məktəblərin birində təhsil alır..

Məktəblilər üçün olan proqram ABŞ höküməti tərəfindən maliyyələşdirilir, təşkilati dəstək isə ABŞ Dövlət departamentinin Təhsil və Mədəniyyət proqramları şöbəsi tərəfindən həyata keçirilir.

Müsabiqədə iştirak etmək istəyən hər bir Azərbaycan vətəndaşı olan şagird aşağıdakı tələblərə uyğun olmalıdır:

- Müsabiqə keçirilən zaman 11-ci sinif şagirdi olmalı;

- İngilis dilini bilməli (namizədlər müsabiqə keçirilən an üçün indilis dili biliklərini nümayiş etməlidirlər;

- Amerika vizalarının verilməsi tələblərinə uyğun olmalı;

- Azərbaycan vətandaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalıdır.

XS
SM
MD
LG