Accessibility links

Azərbaycanda "Bilik günü" qeyd edilir


Şagirdlər
Şagirdlər

15 Sentyabr Azərbaycanda "Bilik günü"dür. Bu gün ölkənin bütün təhsil müəssisələrində qeyd edilib. Sentyabrın 15-də həm də ölkədə 2018-2019-cu tədris ili başlayır.

Təhsil naziri Ceyhun Bayramovun “Bilik günü” münasibəti ilə təbrikində deyilir ki, YUNESKO XXI əsri təhsil əsri adlandırıb.

Ceyhun Bayramov
Ceyhun Bayramov

“Təhsil insan şəxsiyyətini formalaşdırır, onun sosiallaşmasına və peşə səriştələrinin yaranmasına xidmət edir. Təhsilin dörd təməl daşı - bilik vermək, bacarıqlar formalaşdırmaq, yaşamağı öyrətmək və başqaları ilə birlikdə yaşamağı öyrətməkdir. “Bilik günü” kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir”, nazir qeyd edir.

Bu il Azərbaycanda 4324 orta ümümtəhsil, 55 orta ixtisas (kollec), 113 ilk peşə-ixtisas, 42 ali məktəbdə 1 milyon 600 mindən çox insan təhsil alacaq.

2018-2019-ci tədris ilində 165 780 şagird birinci sinifə gedib.

XS
SM
MD
LG