Accessibility links

Tel-Əvivdə analar efiopiyalı yəhudinin öldürülməsinə etiraz olaraq aksiya keçirib


İsrailin Tel-Əviv şəhərində onlarla ana ötən həftə efiopiyalı yəhudinin öldürülməsinə etiraz olaraq aksiya keçirib.

18 yaşlı Solomon Tekahın ölümü Efiopiya icması tərəfindən polis qəddarlığı və ayrı-seçkiliyə qarşı simvol mahiyyəti daşıyır.

Ədliyyə Nazirliyi gəncin polis tərəfindən güllə ilə öldürülməsi hadisəsi ilə bağlı istintaq aparıldığını bildirib.

İsrail adətlərinə görə 7 günlük matəmdən sonra nümayişlər vüsət alıb.

İsrail əhalisinin 2 faizini təşkil edən Efiopiya yəhudiləri ölkənin ən böyük yoxsul icmasıdır. Onlar artıq uzun müddətdir hökumətin laqeydliyi və təzyiqlərindən şikayətçidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG