Accessibility links

Təbriz və Ərdəbildə telekommunikasiya işçiləri piket keçirib


Təbriz və Ərdəbildə telekommunikasiya işçiləri piket keçirib

Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində Telekommunikasiya İdarəsinin işçiləri piket keçirib.

Təbrizdə Telekommunikasiya İdarəsinin işçiləri fevralın 22 və 23-də iki dəfə piket keçirərək gecikmiş maaşlarının ödənilməsi tələb edib, idarənin yeni "məcburi təqaüdə çıxmaq" göstərişinə etirazlarını bildiriblər. Etiraz edən işçilər Təbriz şəhərində vilayətin telekommunikasiya mərkəzi binası qarşısında toplaşıb.

Təbrizdə piketdə iştirak edən bir vətəndaş bildirib ki, bu etiraz mitinqi sadəcə maaşlar üçün deyil, istəklərinin yerinə yetirilməsini tələb etmək məqsədi daşıyıb. “Tələblərimizi alana qədər bu toplantı və oturaq aksiya davam edəcək. Əgər tələblərimiz yerinə yetirilməsə ya nazirliyin qarşısında, ya da başqa yerdə yığışacağıq"- deyə, o qeyd edib.

Ərdəbildə də Telekommunikasiya İdarəsinin işçiləri gecikmiş maaş və ödənişlərini tələb etmək məqsədilə fevralın 23-də Təbrizdə ikinci gün keçirilən piketlə eyni zamanda piket keçirib. Ərdəbildə piket keçirən vətəndaşlar həmçinin 2010-cu ildə təsdiq edilmiş kadr əsasnaməsinin icrasını və pensiya fondu üçün maaşlarından çıxarılan məbləğin 9 faizdən 7 faizə endirilməsini tələb ediblər.

İranda son zamanlarda müxtəlif idarələrin işçiləri, o cümlədən müəllimlər və bəzi fabrikaların işçiləri, artan inflasiya və dolanışıq şəraitinin pisləşməsi səbəbilə gecikmiş maaşlarının ödənilməsini tələb edərək piketlər keçirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG