Accessibility links

Telefon söhbəti qalmaqalı intensivləşir, Tramp Demokrat konqresmeni istefaya çağırdı


Prezident Donald Trampın Ukrayna Prezident Volodimir Zelenski ilə telefon söhbətindən qaynaqlanan qalmaqal cümə günü Trampın Demokrat qanunvericisinin istefasına çağırması ilə intensivləşib.

Trampın sözlərinə görə, Demokrat konqresmen və Nümayəndələr Palatasında kəşfiyyat komitəsinin sədri Adam Şiff onun telefon söhbətinin stenoqramasını təhrif edib.

Bu arada Nümayəndələr Palatasınn Demokrat spikeri Nensi Pelosi Baş prokuror Vilyam Barrı “qanundan kənar” davaranmaqda ittiham edib.

Əgər Ukrayna Prezidenti ilə o kamil telefon söhbəti düzgün sayılmırsa, onda heç bir gələcək prezident bir də xarici liderlə telefonda danışa bilməz.
Donald Tramp, ABŞ Prezidenti

Qalmaqalın mərkəzində Trampın 25 iyulda telefon söhbəti zamanı xarici liderlə siyasi rəqibi və sabiq vitse-prezident Co Baydeni müzakirə etməsi haqda informatorun (whistleblower) təqdim etdiyi şikayət dayanır.

Amerika qanunlarına əsasən, federal hökumətdə baş verən qanunsuzluqları açıqlamaq ixtiyarına malik informatorun kimliyi hələlik bilinmir. Demokratlar həmin informatorun təqdim etdiyi dəlillərin Trampın impiçmentə layiq qanun pozuntunsuna yol verdiyini deyirlər.

“O, guya ki, telefon söhbətinin tam versiyasını oxuyurdur, ancaq sözləri tamamilə dəyişərək ona dəhşətli görüntü verdi və məni günahkar kimi səsləndirdi,” deyə Tramp Şiffi ittiham edib.

Daha sonra Adam Şiffin Konqresə uydurma söylədiyini deyən Tramp onu "xəstə adam" adlandırıb və istefa verməyə çağırıb.

Cümə axşamı Konqresdə Milli Kəşfiyyat Direktorunun qatıldığı dinləmənin açılışında Adam Şiff bildirib ki, informatordan daxil olan şikayət “ABŞ Prezidentinin vəzifə andına xəyanət etdiyini ən bariz şəkildə nümayiş etdirən sübutdur”.

İnformatorun təqdim etdiyi şikayət ABŞ Prezidentinin vəzifə andına xəyanət etdiyini ən bariz şəkildə nümayiş etdirən sübutdur.
Adam Şiff, NP Kəşfiyyat Komitəsinin sədri

Şiff deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Trampla yaxşı əlaqələr qurmağa can atırkən, Trampın cavabları “klassik mütəşəkkil cinayətkarın şantajı”na bənzəyib.

Cümə günü MSNBC telekanalına müsahibədə Demokrat spiker Nensi Pelosi deyib ki, ölkənin ali ədliyyə rəsmisi şikayətə baxılmasında qanundan kənar hərəkətlərə yol verib.

Zelenski ilə iyul söhbətinin stenoqramasında göstərilir ki, Tramp Ukrayna liderini baş prokuror Vilyam Barr və özünün şəxsi vəkili Rudi Culiani ilə birgə işlərəyərk Bayden və onun oğlunu təhqiq etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG