Accessibility links

Telegram rəhbərinin vəkili Durova qarşı istintaqı absurd adlandırıb


Telegram-ın həmtəsisçisi Pavel Durov
Telegram-ın həmtəsisçisi Pavel Durov

Fransa mediasının bildirdiyinə görə, Fransada təhqiqatı aparılan Telegram kanalının təsisçisi Pavel Durovun vəkili sosial şəbəkə rəhbərinin platformada törədilmiş hər hansı cinayət əməllərinə görə məsuliyyət daşıdığını demək "tamamilə cəfəngiyyatdır" deyib.

Fransalı hakim Durovun onlayn platformada uşaqlara qarşı cinsi zorakılıq foto-şəkilləri və narkotik maddə alverinə imkan verən qeyri-qanuni əməliyyatların idarə edilməsində iştirakda şübhəli bilindiyini və çərşənbə axşamı onunla bağlı rəsmi istintaqa başlandığını bildirib. Durov həmçinin çirkli pulların yuyulmasında və ədliyyə orqanları ilə əməkdaşlıq etməməkdə şübhəli bilinərək araşdırılır.

Şənbə günü Paris yaxınlığındakı hava limanında həbs edildikdən sonra dörd gün polis nəzarətində qalan Durov 5,6 milyon dollar ödəmək, həftədə iki dəfə polis idarəsində qeydiyyatdan keçmək və Fransa ərazisini tərk etməmək şərti ilə zaminə buraxılıb.

Onun həbsi söz azadlığının harada bitdiyi, qanunun icrasının harada başladığı və texnoloji şirkətlərinin sosial media məzmununa görə nə dərəcədə məsuliyyət daşıdığı ilə bağlı müzakirələrə səbəb olub. Telegram-dan bir milyarda yaxın insan istifadə edir.

Durovu Fransada təmsil edən vəkil David-Olivie Kaminski jurnalistlərə açıqlamasında "Sosial şəbəkə rəhbərinin birbaşa və ya dolayısı ilə ona aidiyyatı olmayan cinayət əməllərində əli ola biləcəyini düşünmək tamamilə cəfəngiyyatdır" deyib.

"Telegram Avropanın rəqəmsalla bağlı qaydalarına tam əməl edir" - deyə, o əlavə edib.

Fransada rəsmi istintaqa cəlb olunmaq təqsirkarlıq demək deyil və ya mütləq istintaqla nəticələnməsə də, hakimlərin təhqiqata davam etmək üçün kifayət qədər dəlil olduğunu hesab etdiyini göstərir. Təhqiqatların nəticələrinin məhkəməyə göndərilməsi və ya dayandırılması illər çəkə bilər.

Kaminski Reuters xəbər agentliyinə hələ şərh verməyib.

Telegram-ın fəal istifadəçisi kimi tanınan Fransa prezidenti Emmanuel Makron bu həftənin əvvəlində Durovun həbsinin "heç bir halda siyasi qərar olmadığını" və təhqiqata hökumət deyil, məhkəmə orqanları tərəfindən qərar verildiyini deyib.

Prezidentə yaxın mənbənin bildirdiyinə görə, Makron 2018-ci ildə texnologiya sahəsindəki sahibkarlarla görüşlər çərçivəsində Durovla nahar edib və Durov yüksək profilli şəxslər üçün nəzərdə tutulan nadir prosedura əsasən 2021-ci ildə Fransa vətəndaşlığı alıb.

Forum

XS
SM
MD
LG