Accessibility links

Telegram seçkilər zamanı Rusiya müxalifətinin tətbiqini bloklayıb


"Ağıllı səsvermə" tətbiqi
"Ağıllı səsvermə" tətbiqi

Həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnının "Ağıllı səsvermə" tətbiqi cümə günü Rusiyada üç günlük parlament səsverməsi başlarkən, Apple və Google-un oxşar hərəkətlərindən sonra Telegram messencerində də yoxa çıxıb.

Navalnı tərəfdarlarına Kremlə bağlı olmayan hansı namizədləri dəstəkləmələri lazım olduğunu izah edən tətbiq Telegram-ın "seçki kampaniyaları ilə əlaqəli tətbiqlərin fəaliyyətini məhdudlaşdıracaq" açıqlamasından sonra silinib.

Telegram-ın rus əsilli təsisçisi Pavel Durov "oyunun qaydalarını diktə edən" Apple və Google-un yolunu izlədiyini söyləyib.

Telegram kanalındakı yazısında o bildirib ki, texnologiya nəhəngləri "bu il artıq" Rusiyada geniş yayılmış şifrəli mesajlaşma platformasını ayrı-ayrı ölkələrin qanunlarını pozan və ya tətbiq mağazalarından kənarlaşdırılan məlumatları silməyə çağırıb.

O bildirib ki, seçkilərlə bağlı tətbiqlərin silinməsi Rusiyanın səsvermə zamanı təbliğat aparmağı qadağan etməsi ilə əlaqədardır.

"Bu praktikanı qanuni hesab edirik və Telegram istifadəçilərinə hörmət etməyə çağırırıq", Durov cümə günü yazıb.

Ancaq o əlavə edib ki, "Apple və Google tərəfindən tətbiqlərin bloklanması Rusiyada və dünyada söz azadlığına təsir edəcək təhlükəli bir nümunə yaradır".

Bazar gününə qədər davam edən aşağı palata Dövlət Dumasında yerlər üçün seçkilər bu il prezident Vladimir Putinin rəqiblərinə qarşı genişmiqyaslı təzyiqlərdən sonra baş verir.

Yanvar ayında saxlanılan və müttəfiqlərinin həbs edildiyini və ya ölkədən qaçdığını, təşkilatlarının bağlandığını görən Navalnı buna baxmayaraq, dəmir barmaqlıqlar arxasından Kremlin parlamentə nəzarətini zəiflətməyə çalışır.

Cümə günü onun müttəfiqləri Apple və Google -u "senzurada" günahlandırıb. Mənbələr isə AFP-yə bildiriblər ki, şirkətlər Rusiya hökumətinin ictimai təhdidləri və ciddi cinayət ittihamları və yerli işçilərin həbs edilməsi ilə bağlı şəxsi təhdidlər ilə üzləşiblər.

Telegram "Ağıllı Səsvermə" tətbiqini sildikdən sonra Navalnı ilə əlaqəli bir Twitter hesabı Google Docs-a tövsiyə olunan namizədlərin bağlantılarını yerləşdirib və bunun onların qalan son vasitəsi olduğunu bildirib.

Şənbə günü Navalnının komandası Google-un Rusiyanın media tənzimləyicisi Roskomnadzorun tələbinə əsasən sənədlərin silinməsini tələb etdiyini və buna əməl etmədikləri təqdirdə bunu özlərinin edəcəyini söyləyib.

Google AFP-nin şərh istəyinə hələ cavab verməyib.

XS
SM
MD
LG