Accessibility links

Teleradio Şurasına yeni sədr seçilib


Milli Teleradio Şurası
Milli Teleradio Şurası

İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib. Bu barədə şuranın bu gün, aprelin 6-da keçirilən iclasında qərar qəbul edilib.

İsmət Səttarov bundan öncə ARB Media Qrupun rəhbəri olub. O prezident İlham Əliyevin 4 aprel sərəncamı ilə 6 il müddətinə Azərbaycan Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Bundan öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov olub. O, 2003-cü ildən bu vəzifədə çalışıb. Məhərrəmovun hansı səbəbdən vəzifədən getdiyi bildirlimir.

Yerli təhlilçilər Milli Teleradio Şurasının sədrinin prezidentin keçmiş köməkçisi Əli Həsənova yaxınlığı ilə seçildiyini bildirir. Təhlilçilər həmçinin bir gün öncə vəzifəsindən azad edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin də Həsənova yaxın olduğunu iddia edir.

İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika və tətbiqi riyaziyyat fakültəsini bitirib. Texnika elmləri üzrə fəlsəfə doktorudur.

XS
SM
MD
LG