Accessibility links

“Xəzər-2017” beynəlxalq təlim başlayıb


“Xəzər-2017” beynəlxalq təlim başlayıb
“Xəzər-2017” beynəlxalq təlim başlayıb

Noyabrın 2-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə “Xəzər-2017” beynəlxalq təliminə start verilib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının məlumatına görə, “Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda keçirilən təlimdə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın müxtəlif quumlarının, o cümlədədn Azərbaycanın Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd və Dövlət Təhlükəsizlik xidmətlərinin, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin, Dövlət Neft Şirkətinin və “BP” Şirkətinin nümayəndələri iştirak edir.

Təlimə ümumilikdə 1100 nəfər şəxsi heyət, 208 texnika, 2 təyyarə, 5 helikopter, 8 gəmi və 6 xüsusi təlim görmüş it cəlb edilib.

Azərbaycan Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bu tədbirin baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində birgə əməkdaşlığın inkişaf etdirilməsində böyük rol oynayacağına ümidvar olduğunu bildirib.

Beynəlxalq təlim noyabrın 3-də Bakının Qaradağ rayonu ərazisində, Xəzər dənizinin cənub-qərb hissəsində davam etdiriləcəkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG