Accessibility links

Cəbhədə durum gərginləşib, ölənlər və yaralananlar var


Azərbaycan və erməni hərbi qüvvələrin təmas xəttində durum gərginləşib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, avqustun 22-də erməni tərəfi beş hərbi qulluqçusunu itirib, səkkiz nəfərsə yaralanıb.

Mətbuat xidməti bildirir ki, avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları (Bakıdan 360 kilometr qərb) istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.

“Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib. Erməni tərəfi növbəti dəfə itkilərini xalqından gizlətməyə cəhd etməsinə baxmayaraq əldə olunan məlumata əsasən düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb. Qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfinə meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib,” məlumatda deyilir.

Mətbuat xidməti Azərbaycan tərəfdən üç hərbi qulluqçu yüngül qəlpə yarası aldığnı bildirir.

Göstərilən tibbi yardımdan sonra hərbi qulluqçular hərbi hissəyə qaytarılıblar.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, "qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşməsinə və işğalçıların sıralarında baş verəcək insan itkilərinə görə məsuliyyət bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür."

Müdafiə Nazirliyi əvvəlcədən xəbərdar edir ki, Ermənistanın hərbi rəhbərliyin cilovlamaq məqsədilə endiriləcək zərbələr "daha sarsıdıcı, təsirli və amansız" olacaq.

Erməni tərəfi Azərbaycan Müdafiə Nazirliyinin məlumatına hələ münasibət bildirməyib. Ermənistan mediası rəsmi mənbələrə istinadən cəbhə xəttidə son günlər atəşəksin min dəfədən çox pozuldunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG