Accessibility links

Tennessi ştatı Xocalı qətliamını tanıyıb


ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının bildirdiyinə görə, martın 18-də Tennessi ştatının parlamenti Xocalı qətliamının tanıyıb, Pensilvaniya ştatının assambleyasında isə Xocalı qətliamının tanınması ilə bağlı qətnamə təqdim edilib.

Tennessi ştatının Xocalı faciəsinin 21-ci ildönümünün tamam olduğu vaxt qəbul etdiyi qətnamə ştatın qanunvericilik orqanına konqresmen Co Touns tərəfindən təqdim edilib.

Pensilvaniya ştatının assambleyasına təqdim edilmiş qətnamədə Xocalı faciəsinin 21-ci ildönümündə hadisə qurbanlarının xatirəsinin anılmasına çağırılır. Sənədin nüsxələri ABŞ Dövlət Departamenti, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi və Pensilvaniya ştatının qanunvericilərinə göndərilib.

Xocalı faciəsinin 21-ci ildünümü ilə əlaqədar ABŞ-ın Arkanzas, Corciya, Massaçusets, Nyu Meksiko və Oklahoma ştatlarında da 1992-ci ildə baş vermiş hadisəsinin tanınması və qətliam zamanı həlak olmuş insanların xatirəsinin anılmasına çağıran qətnamələr qəbul edilib.

ABŞ azərbaycanlıların şəbəkəsi USAN, Amerika Azərbaycan Şurası, Amerika Azərbaycan Cəmiyyəti və Paxturcica qrupları Amerikada yaşayan azərbaycanlıları Xocalı faciəsini tanıyan ştatların qanunvericilik orqanlarına təşəkkür bildirməyə çağırır.
XS
SM
MD
LG