Accessibility links

ABŞ Avropa Şurası missiyasını tənqid edib


Azərbaycan-ABŞ loqosu
Azərbaycan-ABŞ loqosu

Tənqid Azərbaycanda prezident seçkilərini müsbət qiymətləndirdiyinə görə edilib

ABŞ Azərbaycanda prezident seçkilərini müsbət qiymətləndirdiyinə görə Avropa Şurası missiyasını tənqid edib.

Tənqid ABŞ-ın ATƏT-dəki missiyasının hazırkı rəhbəri Kristofer Maduranın Avropa Şurasının baş katibi Tornbyorn Yanqlandın adına ünvanladığı bəyanatda səslənib.
Bu barədə Turan İnformasiya Agentliyi məlumat verib.

“ATƏT DTİHB seçki prosesinin bütün mərhələlərində (səsvermə günü də daxil olmaqla) ciddi problamlər aşkar edib. Bura ifadə, toplaşma, birləşmə azadlığının məhdudlaşdırılması daxildir.

Eyni zamanda biz seçkilərin azad və şəffaf olması barədə AŞPA missiyasının bəyanatından təəccüblənirik”, - məktubda deyilir.

Sonra Kristofer Madura Dövlət Departamentinin nümayəndəsi Mariya Arfın bəyanatına istinad edir. O, oktyabrın 10-da ATƏT DTİHB-nin rəyini dəstəklədiyini və baş vermiş pozuntularla bağlı narahatlığını bildirib.

Madura həmçinin qeyd edir ki, bu yaxınlarda ABŞ Avropa Şurası Venesiya Komissiyasının tamhüquqlu üzvü olub və “bu mühüm institutun köməyilə insan hüquqları və demokratik idarəetmə məsələlərində fəal əməkdaşlığa ümid edir”.

“ABŞ inanır ki, ATƏT və Avropa Şurası insan hüquqları, fundamental azadlıqlar, demokratiya və qanunun aliliyi işinin möhkəmləndirilməsində böyük rol oynayır”, - məktubda deyilir.

Müxalifətdən prezidentliyə namizəd Cəmil Həsənli Azərbaycan hakimiyyətini AŞPA missiyası üzvlərini ələ almaqda ittiham edib. Onun fikrincə, missiya üzvləri ilə danışıqlar Strasburqda Hilton otelində keçirilib.

Avropa İttifaqı bu ittihamlara reaksiya verməyib.
XS
SM
MD
LG