Accessibility links

Təqaüdçülər İranın Təbriz və digər şəhərlərində aksiyalar təşkil edib


İran Azərbaycanın Təbriz və bir neçə digər şəhərlərində təqaüdçülər aksiya keçirib.

İLNA xəbər agentliyinin yaydığı məlumata görə, Təbriz, Ərdəbil və həmçinin İranın bir neçə digər şəhərində təqaüdçülər maaşlarının tənzimlənmə üsullarına etiraz edib.

Fevralın 3-də baş tutan bu aksiyalar Şəhərin Sosial Təminat Baş İdarəsinin binası və İranın paytaxtı olan Tehranda Sosial Təminat Təşkilatının qarşısında keçirilib.

Fevralın 3-ü səhər saat 10: 30-da başlayan mitinqlərdə iştirakçılar alınan pensiyaların yoxsulluq həddinə qədər artırılmasını tələb edərək, Sosial Təminat Qanununun 96-cı maddəsinin icrası ilə minimum pensiyanın yaşayış səbətinə və yoxsulluq xəttinə qədər artmasını istəyiblər. Onlar eyni zamanda, ölkədəki digər təqaüdçülərlə birlikdə gəlirlərinin artırması üçün işçi təqaüdçülərinin maaşlarını bərabərləşdirmək üçün kifayət qədər büdcənin ayrılmasını istəyiblər.

Aksiyalarda iştirak edən təqaüdçülər pulsuz və adekvat tibbi xidmətlər göstərilməsini, sosial xidmətlərin artırılmasını və təqaüdçülərin ləyaqətinə diqqət yetirilməsini tələb ediblər.

İranın Sosial Təminat Qanununun 111-ci maddəsinə görə, təqaüdçü işçilər üçün minimum pensiya, işləyən işçilər üçün müəyyən edilmiş minimum əmək haqqından az olmamalıdır, Aksiya keçirən təqaüdçülərə görə, bu qanun indiyədək İranda tətbiq olunmamış bir qanundur.

İranda təqaüdçülərin İranın müxtəlif şəhərlərində aksiya keçirmələri ilk dəfə deyil. Ötən illərdə və həmçinin bu il təqaüdçülər hökumətin və parlament üzvlərinin fəaliyyətini tənqid edən genişmiqyaslı mitinqlər keçirərək bərabər əmək haqqı və Dövlət Qulluğu İdarəetmə qanununun doğru-düzgün icrası kimi tələblərinin yerinə yetirilməsi üçün aksiya keçiriblər.

Yanvarın 25 və 26-da da təqaüdçülər İran Azərbaycanı və həmçinin İranın bir çox şəhərlərində etiraz aksiyaları keçirmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG