Accessibility links

Tereza Mey: Sergey Skripalın zəhərlənməsinə görə çox güman Rusiya məsuliyyət daşıyır


Britaniyanın baş naziri Tereza Mey deyib ki, hökumətin çıxardığı nəticəyə əsasən, bu ayın əvvəli keçmiş rus casusu Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsinə görə çox güman Rusiya məsuliyyət daşıyır.

Britaniya parlamentində danışan Mey həmçinin bildirib ki, hücum zamanı istifadə edilən əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddə Rusiyada hazırlanıb. Britaniya baş naziri bu açıqlamaları milli təhlükəsizlik şurasının iclasından sonra verib.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü bildirib ki, Britaniya zəhərlənmə hadisəsi ilə bağlı Rusiyanın bu haqda açıqlama verməsinə razılaşmasından əvvəl öz mövqeyini bildirməlidir.

Salsböri şəhərinin parkında Sergey Skripal və qızının skamyada huşunu itirmiş halda tapıldığı yerdə tibbi ekspertiza komandası işləyir.
Salsböri şəhərinin parkında Sergey Skripal və qızının skamyada huşunu itirmiş halda tapıldığı yerdə tibbi ekspertiza komandası işləyir.

“İşləri öz tərəfinizdə qaydaya salın və bundan sonra biz sizinlə məsələni müzakirə edəcəyik”, İnterfaks agentliyinin verdiyi məlumata əsasən, Putin BBC jurnalistinin sualının cavabında bildirib.

Kreml hücumla bağlı hər hansı əlaqəsi olduğuna dair iddiaları rədd edib və bundan əvvəl bildirib ki, hadisənin qurbanı Britaniya kəşfiyyat xidməti üçün işlədiyinə və hücumun Britaniya ərazisində baş verməsinə görə təhqiqatla bağlı heç bir iş görülməyəcək.

Tereza Mey bundan əvvə Rusiyanın keçən həftə hücuma görə günahlandırılmalı olub-olmadığı ilə bağlı şərh verməkdən imtina edərək, buna “müvafiq şəkildə” cavab verməyi vəd etmişdi.

Skripal və onun qızı Yuliya keçən həftənin bazar günü Britaniyanın cənubunda yerləşən Salsbury şəhərindəki parkda huşlarını itirmiş vəziyyətdə tapılıblar.

Skripal keşmiş Rusiya agentidir. O, 100 min dollar müqabilində Britaniyanın kəşfiyyat agentliklərinə Avropadakı rusiyalı casuslarla bağlı məlumat verdiyini etiraf edib.

Dörd il Rusiya həbsxanasında qaldıqdan sonra o, 2010-cu idlə ABŞ ilə aparılan casus mübadiləsi nəticəsində azadlığa buraxılıb və daha sonra Britaniyaya köçüb.

XS
SM
MD
LG