Accessibility links

Tereza Mey 2022-ci ildə keçiriləcək növbəti seçkilərdən öncə istefa verəcək


Britaniya baş naziri Tereza Mey 2022-ci ildə keçiriləcək növbəti seçkilərdən öncə istefa verəcəyini bildirib. O, vəzifəsini davam etdirmək üçün etimad səsverməsindən qalib çıxdıqdan sonra Britaniyanın Avropa Birliyindən planlaşdırılan çıxışı barədə danışıqları davam etdirmək üçün cümə axşamı Avropa Birliyi Şurasının liderləri ilə Brusseldə görüşəcək.

Böyük Britaniyanın İcmalar Palatasında mühafizəkarların üçdə bir hissəsi çərşənbə günü Meyin əleyhinə səs verməklə onun parlamentin şübhə ilə yanaşdığı Brexit razılığının parlamentin təsdiqləməsinə nail ola bilməsini çətinləşdirməyə çalışıb.

“Çox sayda həmkarım mənim əleyhimə səs verdi və mən onların dediklərini dinlədim. Bu səsvermələrdən sonra biz Brexitin britaniyalılara təhvil verilməsi prosesini başa çatdırmalıyıq və bu ölkə üçün daha yaxşı gələcək yaratmağa çalışmalıyıq. Brexit xalqın istəyidir və ölkənin puluna, sərhədinə, qanunlarına nəzarəti, iş yerlərini, təhlükəsizliyini və birliyini xalqa qaytarır. Brexit ölkəni birləşdirir”- deyə, Tereza Mey bildirib.

Bu həftənin əvvəli qanunvericilərin razılığa imtina edəcəkləri aydın olduğundan Mey İcmalar Palatasında razılqla bağlı planlaşdırılan səsvermələri təxirə salıb.

XS
SM
MD
LG