Britaniya baş naziri Tereza Mey maneəsiz keçidi təmin etmək üçün Britaniyanın Avropa blokundan çıxma prosesini azı bir neçə ay yubandırmaları üçün Avropa Birliyinə müraciət etməyə hazırlaşır.
Bazar ertəsi Meyin Avropa Birliyindən ayrılma barədə səsverməyə qoyduğu digər bir planı Nümayəndələr Palatasının spikeri Con Berkov tərəfindən rədd edildikdən sonra Mey prosesin müəyyən müddətə təxirə salınmasına çalışır.
“Hökumət martın 12-də Nümayəndələr Palatası tərəfindən rədd edilən təklifə bənzər və ya eyni olmayan yeni təklif irəli sürsə, tamamilə fərqli nəticə əldə edilə bilər. Hökumət ötən həftə 149 səslə rədd edilən eyni təklifi və ya ona bənzər təklifi Nümayəndələr Palatasına bir daha təqdim etməməlidir” - deyə, Con Berkov bildirib.
Baş nazir cümə axşamı və cümə günü Brüsseldə keçiriləcək Avropa Birliyi sammitindən əvvəl Brexit razılığını parlamentdə bir dəfə də səsverməyə çıxaracağını və daha çox dəstək əldə edə biləcəyinə ümid edirdi.
Meyin nümayəndəsi Avropa Birliyi Şurasının prezidenti Donald Taskdan martın 30-na nəzərdə tutulmuş çıxışı nə qədər müddətə təxirə salmaq istəyəcəyini deməyib. Lakin o deyib ki, baş nazir bu müddətin mümkün qədər qısa olmasını istəyir.
Britaniya Avropa Birliyindən çıxmağa səs verdikdən az qala üç il sonra Avropa Birliyi blokuna daxil olan 28 ölkə lideri alternativ planlar təqdim etməsi üçün ona təzyiq göstərir.
Mümkün nəticələrə Brexiti uzun müddətə təxirə salmaq, heç bir razılıq əldə edilmədən ayrılmaq və ya daha bir referendum keçirmək daxildir.