Accessibility links

Tereza Mey Mühafizəkarlar Partiyasının rəhbərliyindən istefa verdi


Britaniya baş naziri Tereza Mey cümə günü Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib. Onun varisi gələn həftə keçiriləcək seçkilərdə müəyyən olunacaq.

Mey baş nazir postunda ölkənin yeni lideri seçilənədək qalacaq. Yeni baş nazirin iyulun sonunda seçiləcəyi gözlənilir.

Meyi əvəzləməyə iddialı olan 11 namizəd arasında Britaniyanın sabiq xarici işlər naziri Boris Conson var.

Ancaq indidən Mey Britaniyanın Avropa İttifaqından çıxması prosesinə nəzarəti dayandırıb.

Növbəti baş nazirin Avropa İttifaqından çıxmaq üçün planla çıxış etməsinə beş ay vaxtı olacaq.

Mey 2016-cı ildə Britaniyanın Aİ-dan çıxmaq üzərində referendumda səs verməsindən sonra ölkəsini ittifaqdan ayırmağa 3 il vaxt sərf etdi. Lakin parlament onun səylərinin qarşısını üç dəfə alıb.

Sabiq xarici işlər naziri Boris Conson Tereza Meyi əvəzləmək əzmində olan mühafizəkar siyasi fiqurlardan ən çox tanınmışıdır.
Sabiq xarici işlər naziri Boris Conson Tereza Meyi əvəzləmək əzmində olan mühafizəkar siyasi fiqurlardan ən çox tanınmışıdır.

Meyi əvəzləməyə iddialı olan 11 namizəd arasında Britaniyanın sabiq xarici işlər naziri Boris Conson var. Conson Brexit planına dəyişikliklər etmək istədiyini açıqlayıb, hərçənd ki, Avropa İttifaqı danışıqlara yenidən qayıtmaq ideyasını rədd edib.

Britaniyanın mühafizəkar düşərgəsi avro-skeptiklərin lideri sayılan Nigel Farajın təzyiqləri ilə üzləşir. Bexit hərəkatının ilhamvericilərindən biri kimi tanınan Faraj Britaniyanın Avropa İttifaqından tam çıxmasını dəstəklyir.

XS
SM
MD
LG