Accessibility links

Tereza Mey xəbərdarlıqla çıxış edib


Britaniyanın baş naziri Tereza Mey parçalanmış partiyasına müraciət edərək, Brexitin tamamilə aradan qaldırılacağı barədə xəbərdarlıq verib.

O deyib ki, əgər onlar dünyanın ən böyük ticarət blokundan çıxdıqdan sonra Avropa İttifaqı ilə sıx əlaqələr qurmaq planlarını pozacaqlarsa, bu, baş tutacaq.

“Mənim ölkəmə mesajım sadədir: Diqqətimizi mükafata yönləndirməliyik. Əgər belə etməsək, Brexitin baş tutmayacağı ilə üzləşəcəyik” , Mey Facebook hesabında yazıb.

Birləşmiş Krallığın Aİ-dən şıxmasına 9 aydan az bir vaxt qalır. Möhlət 2019-cu ilin mart ayının 29-da başa çatır. Ölkədə siyasi elita və biznes liderləri arasında ciddi parçalanma mövcuddur.

Mey hələ ki, Avropa İttifaqı ilə razılıq əldə etməyib. Britaniya hökuməti maliyyə bazarlarının böhrandan, Avropa və xaricində ticarət axınlarından çıxara biləcək bir "müqavilə"yə malik deyil.

Britaniyanın baş naziri dəfələrlə Brexitin baş tutacağını deyərək, 2016-cı il referendumunun təkrarlanmayacağını bildirib.

Fransa prezidenti Emmanuel Makron və milyarder maliyyəçi Corc Soros Britaniyanı fikrini dəyişməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG