Accessibility links

Tereza Mey yeni kabinetini təqdim edib


Mühafizəkarlar parlament seçkilərindəki uğursuz nəticələrə görə baş nazir Tereza Meyi günahlandırır.

Britaniyanın baş naziri Tereza Mey sosial məsələlərin həlli və “Brekzit-in uğurla sonlandırılması” məqsədilə yeni kabinetini təqdim edib.

Bazar günü baş tutan kabinetin təqdimatı mərasimi böyük səs-küyə səbəb olub. Mühafizəkarlar parlament seçkilərindəki uğursuz nəticələrə görə baş nazir Tereza Meyi günahlandırır və onun istefa verməsini tələb edir.

Keçmiş əmək və təqaüd naziri Damian Qrin dövlət katibi vəzifəsinə gətirilib. Xəzinə idarəsinin müdiri David Qauk Qrinin yerinə keçərək əmək və təqaüd naziri olub. İcmalar Palatasının lideri Deyvid Lidington isə ədliyyə naziri vəzifəsinə təyin edilib.

Bir il əvvəl Meyin vəzifəsindən azad etdiyhi Maykl Qrovun kənd təsərrüfatı və ətraf mühit naziri təyin olunması hər kəs üçün gözlənilməz olub.

Boris Conson xarici işlər naziri kimi fəaliyyətini davam etdirəcək. Daxili işlər naziri Amber Rud və müdafiə naziri Maykl Fallon da öz vəzifəsində qalacaq.

“Biz hər kəsi əmin etmək istəyirik ki, yeni yaranan hökümətlə biz hər kəsin höküməti olmaq üçün çalışacağıb. Biz bu ölkənin nəyə qadir olduğunu yaxşı bilirik. Biz yeni hökümətlə insanlarımız üçün iş imkanları yaradacağıq,” Tereza Mey bildirib.

Mühafizəkarlar seçkilərin sonunda İcmalar Palatasında 318 yerə sahib olublar. Mütləq üstünlük əldə etmək üçün daha 8 yer lazım idi. Leyboristlər partiyası isə 262 yer qazaana bilib.

Baş Nazir Tereza Mey seçkilərdə 10 yer qazanmış Şimali İrlandiyanın Demokratik Yunionist Partiyası ilə razılığa gəlməyə çalışır.

Razılaşma iyunun 19-u Kraliça Yelizavetanın yeni hökümətin proqramı ilə bağlı çıxışından əvvəl həyata keçirilməlidir.

Avropa Birliyi ilə Brekzit barədə müzakirələrin 10 gündən az müddətdə başlayacağı gözlənilir. Tereza Mey Almaniya kansleri Angela Merkellə görüşlərinin planlaşdırıldığı cədvələ uyğun olaraq keçiriləcəyini təsdiq edib.

XS
SM
MD
LG