Accessibility links

ABŞ mediası: terror qrupları noutbuk bombaları sınaqdan keçirir


ABŞ xəbər agentlikləri terror qruplarının noutbuklarda(laptoplarda) gizlədə biləcəkləri və hava limandanlarındakı təhlükəsizlik yoxlanışlarından keçə biləcək partlayıcı qurğuları sınaqdan keçirdiklərini bildirir.

Cümə günü CNN və CBS-in verdiyi məlumata görə, ABŞ kəşfiyyat rəsmiləri bildirib ki, İslam Dövləti və Əl-Qaidə militanltarı partlayıcıları elektron cihazlara yerləşdirməyin yeni yollarını araşdırır.

Atatürk Hava Limanı
Atatürk Hava Limanı

Xəbər agentlikləri bildirir ki, yeni kəşfiyyat məlumatları terror qruplarının təyyarəyə minərkən partlayıcı qurğuları gizlətməyin yollarını sınaqdan keçirmək üçün ən son hava limanı təhlükəsizlik avadanlıqlarını əldə edib.

Onların bildirdiyinə görə, Tramp administrasiyasının bu yaxınlarda Yaxın Şərq və Afrikada yerləşən 10 hava limanından gələn sərnişinlərə özləri ilə təyyarəyə noutbuk və digər elektron cihazlar götürmələrinə tətbiq etdiyi qadağa kəşfiyyat məlumatlarına əsaslanır.

Bu ayın əvvəli ABŞ höküməti Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində yerləşən 10 hava limanından ABŞ-a uçan təyyarələrdə sərnişinlərin əl çantalarına noutbuk, iPad və fotoaparat kimi böyük elektron cihaz yerləşdirmələrinə qadağa tətbiq edib. Daha sonra Britaniya da buna bənzər tədbirlər görüb.

Qatar Hava Yolları
Qatar Hava Yolları

Həmin reyslərin sərnişinləri mobil telefondan böyük elektron cihazları baqaja verməlidirlər.

Media orqanlarına bəyanatında Milli Təhlükəsizlik Nazirliyi bildirib ki, “Biz müəyyən kəşfiyyat məlumatlarını ictimai olaraq müzakirə etmirik. Amma bəzi kəşfiyyat araşdırmaları terror qruplarının komersiya uçuşlarını hədəf aldığını və elektron cihazlara partlayıcılar yerləşdirdiyini göstərir”.

CNN üç rəsmiyə istinadən, elektron cihalzarın qadağasına gətirib çıxaran kəşfiyyat məlumatlarının spesifik, etibarlı və həqiqətə uyğun olduğunu bildirib. Bir rəsmi isə bu məlumatların tükürpədici olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG