Accessibility links

Terror şübhəlisi BBC-nin binasında ələ keçirilib


BBC gələn beş ildə 2000 iş yerinin ixtisar ediləcəyini bəyan edib
BBC gələn beş ildə 2000 iş yerinin ixtisar ediləcəyini bəyan edib
Böyük Britaniya polisi terror şübhəlisi qismində bir nəfəri saxlayıb. Məlumata görə, şübhəli şəxs bir neçə gün öncə Londonda Britaniya əsgərini qəddarcasına qətlə yetirən iki şübhəlidən birinin dostudur.

Əbu Nusaybah adlı dost dünən gecə şübhəli Maykl Adebolajo haqda BBC-yə televiziya müsahibəsi verdikdən dərhal sonra saxlanıb.

Müsahibədə Nusaybah iddia edir ki, Britaniya təhlükəsizlik xidmətinin əməkdaşları bir neçə ay öncə 28 yaşlı Adebolajoya yaxınlaşaraq gizli olaraq onlara çalışmasını təklif etsə də, Adebolajo təklifi rədd edib.

Nusaybah BBC-yə verdiyi açıqlamaya görə, MI5 agentləri Adebolajo Keniyadan Britaniyaya qayıdandan sonra onu tapmağa çalışıb. Onun deyir ki, Adebolajo Keniya səfərindən sonra dəyişmişdi. Onun iddiasına görə, Adebolajo Keniyada yerli təhlükəsizlik qüvvələri tərəfində həbs edilib, təzyiqlərə məruz qalmışdı.

London Metropoliten polisi əks-terrorizm əməkdaşlarının cümə günü 31 yaşlı şəxsi "Terrora təhrik, onun hazırlanması və sifarişçisi" ittihamı ilə şübhəli şəxs qismində saxladığını bildirib. Rəsmilər deyir ki, həbs BBC-nin binasında həyata keçirilsə də, adamın kimliyi təsdiq edilməyib. Onların sözlərinə görə, həbs birbaşa çərşənbə günü baş verən qətl hadisəsi ilə bağlı deyil.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG