Accessibility links

DTX Suriya və İraqda döyüşmüş 4 nəfəri saxlayıb


Oktyabrın 27-də Suriya və İraq ərazisində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş 4 nəfər Azərbaycan vətəndaşı-Həsrət Əliyev, Emil Nəsrullayev, Elşad Dadaşov və Zaur Eynalov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanda terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə aparılan cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları ictimaiyyətə təqdim edəcək.

Dövlət Təhlükəsizliyi Xidməti bu cinayət işi üzrə intensiv anti-terror tədbirlərinin davam etdirildiyini bildirir.

XS
SM
MD
LG