Accessibility links

Terrorizm səbəbi ilə ölüm halları azalıb


Son 3 il ərzində terrorizm səbəbi ilə ölüm halları azalıb. Bu, Qlobal Terrorizm İndeksinin 6-cı illik hesabatında bildirilib.

2017-ci ildə terrorla bağlı ölüm göstəriciləri 27 faiz azalıb.

Lakin dünyada terrorizm hələ də ən böyük təhlükə olaraq qalır.

Hesabatda ən təhlükəli 10 ölkə siyahısında Əfqanıstan, İraq, Nigeriya, Somali, Suriya, Pakistan, Misir, Konqo Demokratik Respublikası, Mərkəzi Afrika Respublikası və Hindistan yer alır.

Terrorizmin qaynar nöqtələri 1 zorakı münaqişə, 8 müharibə zonalarıdır. Ölənlərin 1000 nəfəri döyüşlərdə həlak olanlardır.

10 ölkə birgə götürülməklə, 84 faiz ölüm halı terrorizmin nəticəsi olub.

Hesabatda bildirilir ki, İŞİD tərəfindən törədilən terror aksiyaları 23, qətl halları isə 2016-cı illə müqayisədə 53 faiz azalıb.

ABŞ-ın dəstəklədiyi qüvvələr tərəfindən Suriyanın Rəqqa, İraqın isə Mosul şəhəri İŞİD-dən təmizlənib.

20017-ci ildə İraqda terror hücumlarının sayı azalsa da, Vaşinqtonda yerləşən Beynəlxalq Araşdırmalar Mərkəzi Suriya və İraqda İslam Dövləti qrupunun 20 ilə 30 min arasında üsyançısının qaldığını bildirir.

Mərkəzin hesabatında 2017-ci illə müqayisədə İŞİD-in bu il İraq hökumətinə qarşı hücumlarının artdığı deyilir. Bu terror qrupunun hər ay orta hesabla 78 hücum həyata keçirdiyi bildirilir.

2017-ci ildə terror hücumlarının səbəb olduğu daha çox ölüm halı Əfqanıstanda müşahidə edilib.

Döyüşlərdə ölənləri sayı 151, terrorizm nəticəsində ölüm halları isə 70 faizdən çox artıb.

Qərbi Avropada terrorçuluğun miqyası 52 faiz azalıb. Fransa, Almaniya və Belçikada terrorçuluqdan ölənlərin sayında kəskin azalma var. Ötən il terror hücumlarında 81 nəfər, 2016-cı ildə isə 168 nəfər həlak olub. Bu ilin oktyabrınadək cəmi 8 nəfərin teraktlarda həlak olduğu bildirilir.

Terror hücumlarına məruz qalma reytinqində Azərbaycan 163 ölkə içində 98-cidir, terrorçuluq indeksi 0,96-dır. Ötən il bir insidentin baş verdiyi, ölüm halının qeydə alınmadığı, iki nəfərin xəsarət aldığı deyilir.

XS
SM
MD
LG