Accessibility links

Terrorizmdə təqsirləndirilən şəxslərin valideynləri ABŞ səfirliyindən kömək istəyir


Terrorda ittiham edilənlərin valideynləri ABŞ Səfirliyinin qarşısında aksiya keçirir

Terrorizmdə təqsirləndirilən şəxslərin valideynləri və yaxınlarından ibarət bir qrup şəxs aprelin 21-də ABŞ-ın Bakıdakı Səfirliyinin binası qarşısında aksiya keçirməyə cəhd edib. Valideynlər hesab edir ki, övladları uydurma ittihamlarla həbs olunub və onların azadlığa buraxılmasını tələb edirlər.

Valideynlər 50 sutkadan çoxdur yeməkdən imtina edən övladlarının sağlıq durumundan narahatdırlar. Doğmalarının sözlərinə görə, Babək Məmmədli, Ələddin İbişov və Əflatun Bayramovun səhhəti ağırlaşıb.

Polis aksiyanın qarşısını alıb. Bir neçə nəfər Bakının Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılıb.

Bu iş üzrə keçənlər: Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il öncə Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar.

Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması), 167-3.1-ci (dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma maddələri ilə təqsirləndirilirlər.

Məhkəmə prosesi 2020-ci ilin fevralında başlayıb, lakin pandemiyaya görə proses uzun müddət dayandırılıb.

Proses bu il bərpa olunub və iclasların birində müttəhimlər əsassız həbsə etiraz edərək məhkəmə zalında özlərinə xəsarətlər yetirib.

Şərhlərə bax

XS
SM
MD
LG