Accessibility links

Tesla Fordu arxada qoydu


Tesla Model S
Tesla Model S

Bu həftə Tesla avtomobil şirkəti ilk dəfə olaraq səhmlərin dəyərinə görə Ford şirkətini arxada qoyub. Bu, elektriklə çalışan avtomobil istehsalçısının səhmlərinin dəyərinin 6 faiz artması nəticəsində baş verib.

Tesla səhmlərinin belə sürətlə artmasının səbəbi şirkətin ilin birinci rüblük göstəricilərinin gözləntilərdən daha çox olmasıdır. İlk rüblük rəqəmlər haqqında verilən elandan sonra, Tesla səhminin dəyəri 295.14 dollara qalxıb. Beləliklə, şirkətin bazar kapitalizasiyası 47.8 milyard dollar səviyyəsinə çatıb. Bu isə Fordun bazar kapitalizasiyasından 2.6 milyard dollar daha çoxdur.

Nəzərə alsaq ki, Tesla 2003-cü ildə təsis edilib, şirkətin qısa zaman ərzində kapitalizasiyaya görə Fordu keçməsi diqqətəlayiqdir. Hal-hazırda Amerikanın ən dəyərli ikinci avtomobil şirkəti olan Tesla bu göstəriciyə görə yalnız General Motors-dan geri qalır. GM-in bazar kapitalizasiyası 50.8 milyard dollardır.

Ford və GM keçən il müvafiq olaraq 6.7 və 10 milyon avtomobil satıblar. Teslanın satdığı maşınların sayının cəmi 76,000 olduğunu nəzərə alınsa, bu çox təqdiredici hal kimi qəbul edilir.

Bu ilin ilk rübündə Teslanın satdığı avtomobillərin sayı 25,000-dir. Bu səhmdarların gözlədiyi rəqəmdən daha çoxdur. Satılan avtomobillərin təxminən yarısı Teslanın bahalı “Model X” modelinin payına düşür. Həmin modelin başlanğıc qiyməti 85,550 dollar olsa da, əlavə funksiyalar və xüsusiyyətlərlə modelin qiyməti 142,000 dollara qədər arta bilər.

Mütəxəssislər bildirirlər ki, Tesla daha münasib modeli olan “Model 3”-ün başlanğıc qiymətini 35,000 dollara salmaqla, şirkətin satış rəqəmlərinin kəskin artımına nail olacaq.

XS
SM
MD
LG