Accessibility links

Avto-pilotda gedən Tesla maşınının qəzası araşdırılır


Tesla şirkəti bildirir ki, şirkətin avtomobillərindən birinin sürücüsünün qəza nəticəsində ölərkən avtopilotdan istifadə etdiyi məlum olub. Hadisə ABŞ federal təhlükəsizlik təhqiqatçılarının diqqətini cəlb edib.

May ayında Florida ştatında yük maşını avtopilotda olan teslanın yoluna keçib. Polisin məlumatına görə avtomobil yük maşınına dəydikdən sonra avtomobilin damı qopub və daha sonra avtomobil yol kənarında elektrik dirəyinə dəyib.

Tesla: Ölüm halı ABŞ-da hər 151 milyon kilometrdən bir baş verir.

Milli Şose Nəqliyyat Təhlükəsizliyi Administrasiyası bildirib ki, 2500 Tesla S Modelinin avtopilotunun ilkin dəyərləndirilmə prosesinə başlayıb.

Tesla deyib ki, bu, 209 milyon kilometr sürülmüş Tesla maşınlarında avtopilotdan istifadə edərkən baş vermis ilk qəza hadısəsidir.

Teslanın avtopilot ideyası insan xətaları üzündən baş verən qəzaların qarşısını almağa xidmət göstərir.
Teslanın avtopilot ideyası insan xətaları üzündən baş verən qəzaların qarşısını almağa xidmət göstərir.

Şirkət hadisəni faciəli itki adlandırıb. Lakin bəyanatında ictimayyətə bildirib ki, ölüm halı ABŞ-da hər 151 milyon kilometrdən bir baş verir. Dünya böyu bu rəqəm 96 milyon kilometrdir.

Avtomobillərdə avtopilot funksiyasının yerləşdirilməsi ideyası 1930-cu ildə meydana gəlib. Lakin fantastik ideyanın reallaşması 80 il vaxt aldı.

İdeyanın populyarlaşması və praktikləşməsinə baxmayaraq, avtomobil sənayesi bununla bağlı bir çox problemləri ünvanlamaqda davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG