Accessibility links

Azərbaycanda dövlət qulluğunda inzibati vəzifələr üzrə test imtahanı keçirib


Fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirib.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Sertifikatı əldə etməkdən ötrü nəticələr elan olunduqdan sonrakı 10 iş günü müddətində DİM-in portalında müraciət forması doldurulmalıdır.

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə ali təhsil haqqında sənədin və əmək kitabçasının surətləri formaya əlavə edilir.

“Sertifikata malik olan şəxs nəzərdə tutulan vəzifə, habelə daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. ”, - məlumatda bildirilir.

DİM-dən verilən məlumata görə, imtahanada iştirak etmək məqsədi ilə BA qrupu üzrə 363, BB qrupu üzrə 1174, ümumilikdə isə 1537 namizəd qeydiyyatdan keçmişdi.

Xatırlatma

Ötən ildən Azərbaycanda DİM-in keçirdiyi bəzi imtahanlar ödənişlidir. Qiymətlər 10 manatdan 110 manata kimi dəyişir. Ali məktəblərə ilk dəfə sənəd verənlərdən ötrü isə imtahanlar ödənişsizdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG