Accessibility links

ABŞ-da bir gündə milyondan çox koronavirus testi keçirilib


ABŞ-da koronavirus testləri bir gündə 1 milyondan çox olmaqla rekord həddə çatdırılıb. Lakin bir sıra ekspertin fikrincə, virusun yeni dalğalaırnı nəzarətdə saxlamaq üçün 6 milyonla 10 milyon arasında gündəlik testlər keçirilməldiir.

Şənbə günü ölkdə 1 061411 test keçirilib. Bu rekord bir neçə həftə testlərin daha az keçirilməsindən sonra əldə edilib.

Sentyabrın 13-dək gündəlik testlərin sayı 650 minə yaxın idi. İyul ayında isə hər gün 800 min insan sınaqdan keçirdi.

Pandemiyanın başlanğıcında testlər olmadığı üçün virus geniş yayılmışdı.

Hyustonda elə bir vəziyyət yaranmışdı ki, test növbələrində insanlar maşınlarda gecələməli olurdu. Mayamidə də test növbələri ilə bağlı eyni vəziyyət yaşanmışdı.

Testlərdən keçənlər nəticələri 2 həftəyədək gözləməli olub. Bu gecikmələr virusun yayılmasına xidmət edib.

İndiyədək virus 200 min amerikalının həyatına son qoyub. 6.7 milyon nəfər virusa yoluxub.

Hələ mart ayında prezident Trampın "kim testdən keçmək istəyirsə, keçsin" deməsindən sonra qarşıya qoyulan məqsədə çatılmayıb.

ABŞ-ın Dərman və Ərzaq Administrasiyası təcili istifadələr üçün tüpürcək testlərinə icazə verib. Amerikada eyni zamanda bir neçə insandan nümunələr götürülməsinə və sınaq qabiliyyətini genişləndirə biləcək bir üsulla birləşdirilmiş testlərə icazə verilib.

Bir yerə toplanmış testlər yalnız epidemiyanın məhdud olduğu ərazilərdə daha təsirli olub.

Sentyabrın ortalarında Cənubi Dakota 17% olmaqla, ABŞ-ın 50 ştatının 27-də pozitiv test nəticələri 5% olub.

Ümumdünya Səhiyyə Təşkilatı testlərin pozitivliyinin 5%-dən yuxarı olmasını təhlükəli hesab edir.

XS
SM
MD
LG