Accessibility links

Venesuelada ikigünlük ümummili tətil başlayıb.Tətil cümə günü sona çatmalıdır.

Venesuela prezidenti Nikolas Maduro beynəlxalq tənqidlərə əhəmiyyət verməyərək elan edib ki, o qarşıdan gələn bazar günü konstitusiyanı yenidən yazacaq yeni konqres səsverməsini keçirmək planlarından geri çəkilən deyil.

Nicolas Maduro
Nicolas Maduro

Müxalifət konstitusiya dəyişikliklərinin ölkədəki diktaturanı rəsmiləşdirəcəyini deyir.

Madura isə ölkədə asayişin bərpası üçün islahatlara ehtiyac olduğunu bildirir.

ABŞ prezidenti Donald Tramp konstitusiya seçkiləri keçiriləcəyi halda Karakasa qarşı ciddi sanksilar tətbiq edəcəyini deyib.

Tətillərin məqsədi bazar günü keçiriləcək referendumu boykot etməkdir.

Son zamanlar baş qaldıran etiraz aksiyalarında 100-dən çox adam həyatını itirib, minlərlə insan xəsarət alıb.

Bu Cənubi Amerika ölkəsi uzun müddətdir ki, iqtisadi böhran içindədir.

XS
SM
MD
LG