Accessibility links

Texaslı snayperi öldürən polis zabitinin qızı atasının irsini davam etdirir [Video]


Texaslı snayperi öldürən polis zabitinin qızı atasının irsini davam etdirir
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Texaslı snayperi öldürən polis zabitinin qızı atasının irsini davam etdirir

Bazar ertəsi Austindəki Texas Universitetində 17 nəfərin ölümünə səbəb olan atışmanın 50-ci ildönümü anılıb. Bu, müasir Amerika tarixində universitetdə törədilən ilk kütləvi atışma olub. Silahlı şəxs Çarlz Utmanı öldürərək, qırğının qarşısnı alan polis zabitlərdən birinin qızı indi özü də polisdir və bir zamanlar atasının təyin edildiyi Austin ərazisində patrul keşiyi çəkir. O, həm atasının ictimai xidmət irsini, həm də indiki peşəkar hüquq-mühafizə standartlarını təmsil edir.

Atam həmişə deyirdi ki, o gün minlərlə qəhrəman var idi. O, sadəcə vəzifəsini yerinə yetirən polis məmuru idi. O, həmişə sadəcə doğru zamanda, doğru silahla doğru yerdə olduğunu deyərdi.
Monika Makkoy

Bu kədərli anım mərasimində polis zabiti Monika MakKoy austinli polis zabiti Billi Spidin dul xanımına təsəlli verirdi.

50 il öncə universitetə gəldiyindən qısa müddət sonra məmur Spidə güllə dəymişdi.

O vaxt Cinni Spid Şonun 21 yaşı var idi və o, iki il idi ki, evli idi.

“Bizim gözəl həyatımız var idi, amma bu günə kimi onsuz olmaq çox çətindir,” deyə o bildirir.

Monika MakKoy bu faciədən bir neçə il sonra dünyaya gəlsə də, bu hadisəyə dərindən bağlıdır. Onun atası, Hyuston MakKoy qülləyə qalxaraq snayperi öldürən polis zabitlərində biri idi. Hazırda Monika gecələr atasının xidmət etdiyi ərazidə patrul çəkir. “Zaman-zaman mən bu barədə düşünürəm. Mən o qülləyə baxıb, orada baş verənləri heyrət və kədərlə qarşılayıram,” deyə o bildirir.

İndi artıq polis qüvvəsi 1966-ci illə müqayisədə daha müxtəlifdir, daha yaxşı təlim görüb və daha yaxşı təchiz olunub.

Hyuston Makkoy
Hyuston Makkoy

“Onlar patrul maşınını tərk edəndən sonra bir-biriləri ilə əlaqələri olmurdu,” deyə Monika bildirir.

Atışmadan iki il sonra onun atası polis qüvvəsini tərk edərək aviasiyada işləməyə başladı. Ancaq buna baxmayaraq, Monika onun polis hekayələri ilə böyüyüb. “Onun köhnə şəkillərinə baxanda, çox təsirlənirdim, yəni mənə onlar təsir etdi,” Monika deyir.

Övladlarını böyüdəndən sonra Monika MakKoy Austin Polis Təlim Akademiyasına daxil olaraq, 2013-cü ildə oradan məzun oldu. Ancaq təəssüf ki, atası bundan bir il öncə vəfat etdi.

50 il öncə Austində yerləşən Texas Universitetində törədilən silahlı atışmada öldürülən polis məmuru Billi Spid
50 il öncə Austində yerləşən Texas Universitetində törədilən silahlı atışmada öldürülən polis məmuru Billi Spid

2006-cı ildə Monika kütləvi qətliamın qarşısının alınmasına rol oynayan polis məmurlarını yenidən bir araya gətirdi. Bu məmurlardan heç biri özlərini qəhrəman hesab etmirlər.

“Atam həmişə deyirdi ki, o gün minlərlə qəhrəman var idi. O, sadəcə vəzifəsini yerinə yetirən polis məmuru idi. O, həmişə sadəcə doğru zamanda, doğru silahla doğru yerdə olduğunu deyərdi.”

Monika deyir ki, polislərin işinin ən vacib hissəsi insanlara yardım etmək və vətəndaşları qorumaqdır ki, bunu da o öz atasından öyrənib.

XS
SM
MD
LG