Accessibility links

Harvi qasırğasının dağıtdığı yerlərdə bərpa işləri böyük xərclər tələb edir [Video]


Harvi qasırğasının dağıtdığı yerlərdə bərpa işləri böyük xərclər tələb edir
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Texas ştatında küləklər və daşqınlarla müşayiət olunan Harvi qasırğasının dağıtdığı yerlərdə bərpa işləri böyük xərclər tələb edir. Bu bərpa işlərində gecikmələr var, çünki tikinti sahəsində ciddi işçi qüvvəsi çatışmazlığı problemi var. Tikinti problemləri qasırğaya görə hava və dəniz limanları, mağazalar və mühüm neft sənayesi müəssisələrinin bağlanması ilə əlaqədar iqtisadi problemlərə əlavə olunur.

Dağılan evlərdən, bizneslərdən və infrastrukturlardan yardımla bağlı zənglər alan xilasedicilər daşqınlar altında qalanların axtarışını davam etdirir.

Harvi qasırğasının dağıtdığı Hyustonda bərpa işləri baha başa gələcək və daha çox vaxt aparacaq, çünki dülgərlər, bənnalar və bu layihələri idarə etmək üçün peşəkar işçilər çatmır.

Amerikanın Baş İnşaat Assosiasiyası tikinti işçiləri çatışmazlığı probleminin 70 faiz təşkil etdiyini bildirir. İqtisadçı Ken Simonson: “Bütün hallarda iş gecikəcək. Bu, vaxt aparacaq, çünki podratçı şirkətlər işçi tapa bilmir, onlar əllərində olan işi birtirdikdən sonra işləyə biləcəklərini deyirlər.”

Simonson deyir ki, tikinti işlərində daha köhnə alətlərdən deyil, CPS və lazer kimi yeni texnologiyadan istifadə edilir. Buna görə də o, tikinti sənayesi üzrə tədrisin artırılmalı olduğunu deyir.

Qasırğa çox mühüm mülki obyektlərə ziyan vurub. Lakin Kornel Universitetinin eksperti dəymiş zərəri iqtisadi baxımdan dəyərləndirilməsi üsullarının qənaətbəxş olmadığını deyir. Belə ki, onlar yenidənqurma səylərini iqtisadi stimul hesab edərək, itkilərin dəyərini nəzərə almır. Business professor Steven Kyle: “Beləliklə, bu işi yerinə yetirmək üçün evlərin, binaların, maşınların, yolların dəyərini bilmək lazımdır. Və açığını desək, biz bunu yalnız bərpa işlərinə başlayandan sonra bilirik.”

Neft sənayesi iqtisadiyyat üçün həyat əhəmiyyətli sahədir və professor Keyl deyir ki, zərərin miqyası nə qədər böyük olsa da, bərpa işləri aparılacaq, çünki şirkətlər obyektlərdən gəlir götürməlidir. Fasilələrə görə Birləşmiş Ştatlarda benzinin qiymətinin bir müddət bir litr üçün 6,5 sentə qalxacağı gözlənilir.

Hyuston Birləşmiş Ştatların 5-ci ən böyük konteyner limanıdır. “Panjiva” şirkətinin təhlilinə görə, qasırğa Hyuston vasitəsilə avtomobil hissələri və digər mallarla minlərlə konteynerin daşınmasına mane olub. Neft daşınmaları da məhdudlaşdırılıb.

Adi vaxtda Hyustonun aeroportları 1600-dən çox təyyarənin uçuşunu idarə edir. Hazırda hava şəraitinə görə bu aeroportlar bağlıdır.

XS
SM
MD
LG