Accessibility links

Mayk Pens silahlı hücumun baş verdiyi Texas şəhərinə yola düşür


Çərşənbə ABŞ-ın vitse-prezidenti Mayk Pens kilsədə baş verən kütləvi atışma nəticəsində yaralananlarla və ölənlərin ailələri ilə görüşmək üçün Texas ştatının Sazerlend Sprinqs şəhərinə səfər edəcək.

Bazar günü baş verən hücum nəticəsində 26 nəfər ölüb, 10 nəfər kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Çərşənbə axşamı onlarla insan qurbanların xatirələrini yad etmək və onların ailələrinə təskinlik vermək məqsədilə bir araya gəlib.

Pensin Texasda dua mərasimində çıxış edəcəyi və hüquq-mühafizə rəsmiləri ilə görüşəcəyi gözlənilir.

Pensin Texasda dua mərasimində çıxış edəcəyi və qanun mühafizə rəsmiləri ilə görüşəcəyi gözlənilir.

İsitintaqa başçılıq edən Federal Təhqiqatlar Bürosunun agentinin verdiyi məlumata görə, hücumu törədən şəxsin telefonu yoxlanış üçün FBI laboratoriyasına göndərilib, lakin telefonun şifrəsini hələ ki, açmaq mümkün olmadığı üçün Kellinin hücumla bağlı başqa bir şəxslə əlaqə saxlayıb-saxlamadığını və ya hücumu həyata keçirəcəyinə dair hər hansı ipucu buraxıb-buraxmadığını müəyyən etmək olmayıb.

Çərşənbə axşamı prezident Tramp deyib ki, daha sərt silah qanunları silahlı şəxsin qətliamı həyata keçirməsinin qarşısını almacayaqdı, əksinə hücuma şahid olan insanın hücumçuya müqavimət göstərməsinin qarşısını alacaqdı.

XS
SM
MD
LG