Accessibility links

Hyustonun böyük hissəsi su altında qalıb


Birləşmiş Ştatların dördüncü ən böyük şəhəri Hyustonun böyük hissəsi və Texas ştatının cənub-şərq əraziləri Harvi qasırğasının səbəb olduğu sellər altındadır.

Güclü yağışlar səbəbindən bu gün Hyuston şəhərinin ətraf bölgələrinə yardım edilə bilmədiyindən xilasedicilər və könüllülər öz qayıqlarından istifadə edərək, insanları xilas etməyə çalışır.

Regionun bəzi yerlərində artıq yağışın həcmi 60 sm-i keçib. Güclü yağışların bir neçə gün də davam edəcəyi gözlənilir.

Vetorlyotlar və qayıqlardan istifadə etməklə, daşqınlara məruz qalan bölgələrdə yüzlərlə xilasetmə əməliyyatı keçirilib. Könüllülər polis, tibb işçiləri və 3 min nəfərdən ibarəd Milli Qvardiya üzvlərinə yardım etməkdə davam edir.

Texas qubernatoru Qreq Abbott Milli Qvardiyadan əlavə 1000 nəfərlik briqada tələb edəcəyini bildirib. Ştatın üçdə bir hissəsini bürüyən təbii fəlakət zonalarında fövqəladə vəziyyət elan edilib.

30 minə yaxın insan sığınacaqlara yerləşdirilib.

Hyustonun bir neçə neftayırma zavodunun fəaliyyəti dayandırılıb. ABŞ-ı yanacaqla təmin edən obyektlərin 12 faizi işdən düşüb.

Hazırda yanacaq qıtlığı və benzinin qiymətlərinin artımından ehtiyat edilir.

Prezident Donald Tramp federal hökumətin qasırğaya cavabını diqqətə çatdıraraq, texaslıların fəlakətlə mübarizəsini yüksək qiymətləndirib.

Sabah ABŞ dövlət başçısının fəlakət zonasına səfəri gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG