Accessibility links

Texasda musiqi festivalında yaranan sıxlıq nəticəsində azı 8 nəfər ölüb


Cümə günü Hyustonda Astrovld musiqi festivalının açılışında yaranan sıxlıq nəticəsində azı səkkiz nəfər ölüb, bir çox insan yaralanıb.

Hyuston Yanğınsöndürmə İdarəsinin sədri Samuel Pena səhər saatlarında NGR Parkı yaxınlığında mətbuat konfransı zamanı ölənlərin sayını təsdiqləyib.

Sıxlıq axşam saat 9-9:15 radələrində baş verib. Pena deyib ki, “izdiham səhnənin önünə doğru sıxışmağa başlayıb və o zaman bəziləri panikaya düşüb və bəzi insanlar xəsarət alıb.”

Yanğınsöndürmə idarəsi 17 nəfəri xəstəxanaya aparıb və əlavə edib ki, onlardan 11-nin ürəyi dayanıb.

Houston Chronicle qəzetinin məlumatına görə, sıxlıq reper Travis Skotun çıxışı zamanı baş verib.

Qəzet bildirib ki, iki günlük tədbirə 50 min nəfər gedib. Festivalın ikinci günü təxirə salınıb.

XS
SM
MD
LG