Accessibility links

Yanğın Texasda 4 nəfərin həyatına son qoyub


Yanğın Texasda 4 nəfərin həyatına son qoyub
Yanğın Texasda 4 nəfərin həyatına son qoyub

ABŞ-ın Texas ştatında meşə yanğınlarının nəzarətdən çıxması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Ərazidə 1200-ə yaxın yanğınsöndürən işləyir.

Ötən həftə ştatda 180-dən artıq yanğın ocağı olub. 5 min sakinin evindən didərgin düşməsinə səbəb olan yanğınlar 48 min hektar ərazini yararsız hala salıb.

Bəzi Texas sakinləri ümid edirdi ki, Li tropik qasırğası ilə gələn yağışlar yanğının qarşısını almağa kömək edəcək. Ancaq, Li qasırğası yalnız külək gətirərək yanğınsöndürənlərin işini daha da çətinləşdirib.

XS
SM
MD
LG