Accessibility links

Texnologiya şirkətlərinin dominantlığı narahatlıqlar doğurur


Texnologiya şirkətlərinin dominantlığı narahatlıqlar doğurur
please wait

No media source currently available

0:00 0:01:26 0:00

Üç “W” kimi tanıdığımız World Wide Web izdihamlı bir məkandır.

Onun təsisçisi Tim Berners-Li isə deyir ki, bu məkanın böyük hissəsi Facebook və Google kimi texnologiya şirkətlərinə məxsusdur.

Rəqəmsal inqilab texnologiya şirkətlərinə həddindən artıq güc qazandırdı və britaniyalı deyir ki, bunun qarşısı alınmalıdır.

Berners-Li hesab edir ki, innovasiyaların sürəti bəzi böyük texnologiya şirkətlərinin ölçülərini kiçiltməyə məcbur edə bilər.

Tim Berners-Li, World Wide Web-in yaradıcısı: “Düşünürəm ki, gücün bəzi şirkətlərin əlində cəmləşməsi təhlükəsi mövcuddur və biz buna yol verməməliyik. Bununla bərabər bazar özü də buna təsir edə bilər. Bu, həmin şirkətlərin rəqibləri tərəfindən olmasa da, texnologiya bazarının bütövlükdə dəyişməsi nəticəsində ola bilər.”

Bəziləri tərəfindən “İnternetin atası” kimi tanınan Berners-Li şəbəkəni 1989-cu ildə yaradıb. O, son zamanlar İnternetdə insanların şəxsi məlumatlarının sui-istifadəsi ilə bağlı qalmaqallardan narahat olduğunu deyir.

Tim Berners-Li: “Yarananda İnternet mərkəzsizləşdirilmişdi. Mən çalışırdım ki, insanlar öz tövhələrini hiss edə bilsinlər. İndi isə biz getdikcə şəxsi tövhənin əhəmiyyətli olduğunu hissinin itdiyini görürük.”

Apple, Amazon, Google, Microsoft və Facebook-un ortaq bazar kapitalizasiyaı 3.7 trilyon dollardır. Bu, Almaniyanın Ümumi Daxili Məhsuluna bərabərdir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG