Accessibility links

ABŞ-da superkomputer işə salınıb


Sammit superkomputeri
Sammit superkomputeri

Dünyanın ən qabaqcıl "Sammit" adlı superkomputeri bu yaxınlarda ABŞ-ınTennesi ştatının federal laboratoriyasında işə salınıb. ABŞ Enerji Departamentinin Oak Ridge Milli Laboratoriyası və ABŞ-ın IBM və Nvidia Corporation şirkətləri tərəfindən birgə inşa edilən "Sammit" komputeri saniyədə 200 min trilyon əməliyyat apara bilir. Bu ona planetin ən sürətli komputeri adını qazandırıb.

Sammit superkomputeri
Sammit superkomputeri

ABŞ səfirliyi facebook səhifəsində bildirir ki, "Sammit" kompüterinin ən perspektivli tətbiqlərindən biri xərçəng xəstəliyinin araşdırılmasıdır. Superkomputer genlər, bioloji elementlər və ətraf mühit arasında gizli əlaqələri aşkar etmək üçün kütləvi miqdarda tibbi məlumatları təhlil edəcək.

XS
SM
MD
LG