Virciniya ştatının Dalles beynəlxalq hava limanı adətən mülki vətəndaşların girişinə bağlıdır. Lakin hər il keçirilən bir tədbir üçün hava limanının komandalara açılması ənənə halını alıb.
Vaşinqtonun beynəlxalq hava limanına toplaşan yüzlərlə insan təyyarələr qarşısında güclərini sınayır.
Bu tədbir Virciniyanın Xüsusi Olimpiya oyunlarına vəsait toplamaq mahiyyəti daşıyır.
Hər komanda Boeing 757 növlü təyyarəni 7 mertlik məsafəyə çəkməlidir. Bunu sürətlə edənlər qalib olur.
"Biz 27 il əvvəl 1992-ci ildən təyyarə çəkirik. Dünyada ilk təyyarə çəklər də biz olmuşuq!" - deyə, hava limanının vitse-prezidenti Mayk Styuart bildirib.
Virciniyanın Olimpiya Komitəsi ştatın tam sağlam olmayan atletlərini dəstəkləyir. Tədbirdə hava limanının polis idarəsinin işçiləri də qatılıb.
"Buraya 12-15 min insan gəlib. 415 min dollar artıq toplanıb. Bu rəqəm gün ərzində artmalıdır. Belə ki, bundan əlavə fəaliyyətlərimiz var. Bütün vəsait ştatımızın 25 min xüsusi atletinə sərf ediləcək" , Virciniyanın Olimpiya Komitəsinin prezidenti Rik Ceffri deyib.
Yarışlara müxtəlif yaşlarda olan insanlar-bankirlər, müəllimlər, kadet və cilingərlərin iştirakı ilə 70-dən artıq komanda qatılıb.
"Bu, həqiqətən gözəl bir təcrübədir. Bu işdə yardım etmək çox xoşdur. Komandamı eşidirəm. Uçmaq istəyirəm!" - yarış iştirakçısı Tivi Deyn Banker bildirib.
Denni Morales təcrübəli idmançı olduğu üçün bu iş ona çox adi görünür.
"Əladır. Məni biri 10, digəri isə 8 saniyə olmaqla iki təyyarə çəkdim. Özümü yenilməz hiss edirəm" , yarış iştirakçısı Danni Morales deyib.
2018-ci ildə keçirilən belə bir tədbir 2 milyon dollar vəsait toplamışdı. Bu il isə bu göstəricinin daha artıq olacağına ümid bəslənilir.