Accessibility links

Taylandda partlayış olub


Tayland polisinin bildirdiyinə görə, ölkənin cənub regionunda yol kənarına yerləşdirilmiş bombanın partlaması 4 ordu rencerinin ölümünə səbəb olub.

Rəsmilər bu gün Pattani vilayətində baş verən partlayış zamanı digər 5 rencerin və 1 mülki vətəndaşın yaralandığını bildirib.

Müsəlmanların çoxluq təşkil etdiyi bu sərhəd bölgəsi on ildən çoxdur zorakılıqlara səhnə olub. Belə ki, etnik Malay yaraqlıları çoxu buddist olan Tayland hökumətindən daha geniş muxtariyyət tələb edir.

Bugünkü hucumun məsuliyyətini isə öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG