Accessibility links

Amerikada Şükranlıq günü xeyriyyəçilik


Amerikada Şükranlıq günü xeyriyyəçilik
Amerikada Şükranlıq günü xeyriyyəçilik

Amerikada ən geniş şəkildə qeyd edilən Şükranlıq günü könüllülər xüsusi bayram süfrəsinin hazırlanmasında iştirak edir.

Rodni Kunniqham Amerika Könüllüləri təşkilatında çalışır. Şükranlıq həftəsi o, xeyriyyə kampaniyasının bir hissəsi kimi o, imkansız insanlar üçün yemək hazırlayır. O bunun nə dərəcədə vacib bir iş olduğunu deyir. “Şükranliq günü paylanan yemək çox vacibdir, çünki mən başqa yerdən pay almıram, bura hind toyuğu və başqa ənənəvi yeməkləri aldığım yeganə yerdir”-deyə o bildirir.

Denver ştatında hər il Amerika Könüllülərinin yardımı ilə imkansız ailələrə 1500 ərzaq paketi paylanır. Bu paketlərin içində Şükranlıq süfrəsinə daxil olan ənənəvi yeməklər, quşüzümü sousu, qabaq püresi, tərəvəz və hind quşu olur.

Paketlərə hər zaman ehtiyac var, lakin Kunniqham deyir ki, bu il insanların xeyriyyəyə ehtiyacı daha böyükdür. “Bu iş bir də ona görə əhəmiyyətlidir ki, indi iqtisadi durum çox ağırdır və çox adamın ərzaqa ehtiyacı var. Bu insanların yeməyə heç nəyi yoxdur”-deyə o bildirir. Kolorado şəhərinin sakinləri yerli xeyriyyə cəmiyyətləri vasitəsilə imkansız insanlara ərzaqla təmin edir.

Amerika Könüllüləri təşkilatının ictimai əlaqələr üzrə direktoru Cim Uayt deyir ki, ərzaqın əsas hissəsini elə bu təşkil edir. “Bu insanlar 148 ton ərzaq ianə edir. Amma böyük miqdarda ərzaq yardımına ehtiyac var. Görürsünüz ki, 1500 ədəd paketi ət və tərəvəzlə doldurmaq lazımdır”-deyə o bildirir.

Jim Uayt deyir ki Şükranlıq bayramı təkcə yaxşı yemək demək deyil. Onun sözlərinə görə, şəhərin hər yerindən adamların bu bayram gününü gözəl qeyd etməsi üçün Kunniqham kimi könüllülər gəlir. “Vəziyyətdən asılı olmayaraq şükür etmək üçün kifayət qədər səbəb var. Şükranlıq sözünün də əsl mənası budur. Yəni təşəkkür etməyin ən yaxşı yolu çətinlik çəkən insanlara yardım etməkdir”-deyə o bildirir.

Kunniqham üçün gördüyü işin ən yaxşı tərəfi insanlara Şükranlıq günü bayram süfrəsi hədiyyə etməkdir. “Onlar xoşbəxtdir. Onların üzündə təbəssüm görmək məni çox xoşbəxt edir”-deyə o bildirir.

O deyir ki, çətin olsa da, bu işi görməyə dəyər.

XS
SM
MD
LG