Accessibility links

Yeni hollivud filmləri: “Zülmət Cəngavəri Yüksəlir”



Səkkiz ildir ki, Batman ekranlardan yoxa çıxıb. Bu arada o qəhrəmandan qaçağa çevrilib. Harvi Dentin ölümünü öz üzərinə götürən Zülmət Cəngavəri bəşəriyyətin rifahı naminə hər şeyin qurban verilməsinə hazır olduğunu göstərdi. Yalan bir müddət baş tutur. Qotham şəhərində cinayət halları cinayət-əleyhinə Dent aktının köməyi ilə aradan qaldırılır.

Oskar qalibi Kristian Beyl filmdə bir daha Bryus Veyn və Batman ikili rolunu ifa edir. Triller janrında çəkilmiş “Zülmət Cəngavəri Yüksəlir” adlı filmdə Enni Hatevey Selina Kayl, Tom Hardi Beyn, Oskar lauriyyatı Marion Kotilard Miranda Teyt, Cozef Qordonlevit isə Con Bleyk obrazlarını yaradır. Baş rolların ifaçılarına gəldikdə, Alfred rolunu Oskar lauriyyatı Maykl Keyn, müvəkkil Qordon obrazını Qari Oldmen və Lusius Foks rolunu Oskar qalibi Morqan Fridmən ifa edir.

Filmin ssenari müəllifləri Kristofer və Conatan Noland qardaşlarıdır. Film DC Comics şirkəti tərəfindən dərc edilmiş komik kitablardakı obrazlara əsaslanıb.
XS
SM
MD
LG