Accessibility links

Yeni Hollivud filmi "The Gangster Squad" [Video]


The Gangster Squad
The Gangster Squad
Los Anceles. 1949-cu il. Bruklində doğulmuş qəddar mafia kralı Miki Kohen bütün şəhəri öz əlinə alıb. Miki, narkotik maddə, silah və fahişə biznesindən gəlir qazanır. Və o, bütün bunları nəinki öz silahdaşlarının hətta onun nəzarəti altında olan polis və siyasətçilərin köməyi ilə edir. Onun qüvvəsi hətta ən cəsur polisi də vahiməyə salmağa kifayət edər. Bircə Kohenin dünyasını viran qoymaq üçün birləşən serjantlar Con Omara və Ceri Vutersin kiçik, məxfi LAPD şöbəsindən başqa. `The Gangster Squad` filmi şəhəri bütün dövrlərin ən qorxulu mafia bossunun əlindən alaraq sakinlərə qaytarmağa cəhd göstərən Los Anceles Polis şöbəsinin ətrafında dolaşan hadisələrə əsasən hazırlanmış hekayə haqdadır.

Drama janrında çəkilmiş `The Gangster Squad` filminin rejissoru Ruben Fletçer, ssenari müəllifi Uill Beoldır. Baş rolları Coş Brolin, Rayen Qoslinq, Nik Nolt, Robert Patrik, Maykl Pen, Covanni Ribisi, Entoni Maki, Emma Ston və Şon Penn ifa edir.

XS
SM
MD
LG