The Guardian qəzeti yazır ki, 2016-cı ilin iyununda “Tramp Qülləsi” görüşünü təşkil edən rusiyalı milyarder bu görüşdən bir ay öncə müştəriləri çirkli pulların yuyulması və mənimsəməsində ittiham olunan mühasiblə birlikdə Amerikada yeni görüntü şirkəti (shell company) yaratmışdı.
Araz Ağalarov anonim şəkildə ABŞ-da şirkət yaradaraq prezident seçkiləri kampaniyası dövründə 20 milyon dollara yaxın pulu Amerikaya köçürməyə hazırlaşırdı.
Sorğular və korporativ sənədlərə əsasən, milyarder Araz Ağalarov anonim şəkildə ABŞ-da şirkət yaradaraq prezident seçkiləri kampaniyası dövründə $20 milyon dollara yaxın pulu ölkəyə köçürməyə hazırlaşırdı.
Şirkət 2016-cı ilin mayında Rusiya əsilli və milyonlarla dollar maliyyə fırıldaqlarında adları hallanan rusların ABŞ-da bizneslərinə nəzarət edən mühasib tərəfindən yaradılıb. Həmin müştərilərdən birinin Tramp Qülləsindəki görüşlə öz əlaqəsi olub.
İddialara görə, 2016-cı ilin iyununda Ağalarov Tramp komandasına Kremldan Demokrat rəqib Hillari Klinton haqqında ziyanlı məlumatlar verməyi təklif edib. Təklif Trampın böyük oğlunun Manhattan ofisində görüş keçirməsinə səbəb olmuşdu. Həmin görüş hazırda Xüsusi Məsləhətçi Robert Müller Moskvanın etdiyi seçki müdaxiləsi istiqamətli araşdırmanın diqqət mərkəzindədir.
Ağalarovun yaratdığı görüntü şirkəti Tramp Qülləsindəki görüş zamanı maraq doğuran maliyyə fəaliyyətinin bir nümunəsidir. Müller Ağalarovun inkar etdiyi bu kimi fəaliyyətləri - cəlb olunan pulların hansısa formada Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsini maliyyələşdirmək üçün istifadə edilə bilməsini araşdırır.
Ağalarovun vəkili Skott Balber deyir ki, şirkət "daşınmaz əmlak əməliyyatları" həyata keçirmək üçün yaradılıb, amma detallara varmayıb. Mühasib İlya Bıkov deyib ki, şirkət "sonradan həyata keçməyən müəyyən investisiya layihələrini idarə etmək" üçün yaradılmışdı.
Balber jurnalistlərə yazdığı emaildə Ağalarovun hər hansı bir qanun pozuntusuna yol vermədiyini və ABŞ seçkiləri ilə bağlı pul xərcləmədiyini israr edib.
62 yaşlı Ağalarov Vladimir Putinin hökumətindən böyük müqavilələr qazanmış əmlak layihələri üzrə biznesmenidir. O Trampın 2013 Miss Universe “Dünya Gözəli” müsabiqəsinə Moskvadakı konsert salonunda ev sahibliyi edib.
Sızan Amerikadaxili müxalifət araşdırması Rusiya rəsmilərinin Trampın Moskvada qaldığı müddətdə gələcək prezident haqqında kompromat xarakterli məlumatlar əldə etdiyini iddia edib. Prezident Tramp dosyenin yalan olduğunu bildirib.