Accessibility links

Kremldə fələstinli, səudiyyəli, misirli və indoneziyalı rəsmilərin görüşü keçirilib


Kremldə fələstinli, səudiyyəli, misirli və indoneziyalı rəsmilərin görüşü keçirilib
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Kreml çərşənbə axşamı fələstinli nümayəndələr və Səudiyyə Ərəbistanı, Misir və İndoneziyadan xarici işlər nazirlərinin iştirakı ilə görüş keçirib. Müşahidəçilər bunun Rusiyanın İsrail-HƏMAS müharibəsində mövqeyini nümayiş etdirmək cəhdi olduğunu deyir.

Fələstin Milli İdarəsi, Səudiyyə Ərəbistanı, Misir və İndoneziyadan xarici işlər nazirləri və İslam Əməkdaşlığı Təşkilatının baş katibi çərşənbə axşamı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş keçirərək, Qəzza zolağında atəşkəsə çağırıblar. Onlar bunun davamlı sülhə doğru ilk addım adlandırıblar.

Lavrov Kremlin məqsədlərini sadalayıb.

“Hərbi əməliyyatları dayandırılması, humanitar məsələlərin həlli və girovları azad edilməsi,” o deyib.

Kreml tarixən israillilərlə fələstinlilər arasındakı münaqişəyə həll olaraq Fələstin dövlətinin yaranmasını dəstəkləyib və müşahidəçilər deyir ki, hazırda İsraillə HƏMAS arasında davam edən müharibə Moskvaya dünya səhnəsində təsirrini nümayiş etdirmək imkanı verir.

Rusiya Prezidenti Vladimir Putin fürsətdən istifadə edərək hazırkı böhrana görə Birləşmiş Ştatları günahlandırıb.

“Bütün bu hadisələr əslində Birləşmiş Ştatların Fələstin-İsrail nizamlanmasında vasitəçilik funksiyalarını monopoliyaya almaq istəyi və beynəlxalq vasitəçilərdən ibarət Yaxın Şərq kvartetinin fəaliyyətini əngəlləməsinin birbaşa nəticəsidir,” o deyib.

ABŞ rəsmiləri Putinin Yaxın Şərq sülh danışıqlarında vasitəçilik etməyə kömək edən dörd qurumdan - ABŞ, Rusiya, Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqından - ibarət qrupa istinad edən şərhlərinə dərhal cavab verməyib.

Siyasi təhlilçi Arkadi Dubnov deyir ki, Putin beynəlxalq ictimaiyyət qarşısında İsrail-HƏMAS müharibəsini həll etməyə qadir qətiyyətli aktyor kimi görünmək istəyir və bu da Moskvanı bu görüşə ev sahibliyi etməyə həvəsləndirib.

“Mənim bu görüşlə bağlı yüksək gözləntilərim ola bilməz. Əksinə, mən bunun Moskvanın məsələni həll etməkdə oyunçu olmağa çalışdığını və Qəzzanın gələcəyini müəyyən edənlər arasında olduğunu göstərmək üçün bir növ formal bir tədbir olduğuna inanıram,” o deyib.

Rusiya bu kimi görüşlərlə özünü Yaxın Şərqdə sülhün təminatçısı kimi göstərməyə ümid edir ki, təhlilçilər beynəlxalq ictimaiyyərin aqressiya aktı kimi qınadğını Ukraynaya hərbi müdaxiləsini nəzərə aldıqda bu rolun mübahisəli olduğunu deyir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG